Qaydalar

Məhsul və Xidmətlər

Biz Renata batareyalarının rəsmi distributoru olaraq orijinal və keyfiyyətli batareyalar təklif edirik. Saytımızda təqdim olunan batareyaların texniki xüsusiyyətləri, istifadə sahələri və zəmanət müddəti barədə ətraflı məlumat verilir. Məhsul səhifələrində hər bir məhsulun təfərrüatlı təsviri və rəsmi sənədləri təqdim olunur. Saytımızda göstərilən bütün məhsullar anbarda mövcuddur və sifariş etdikdə qısa zamanda çatdırılır.

Sifariş və Çatdırılma

Sifarişlər onlayn formada sayt üzərindən qəbul edilir. Sifarişin təsdiqi üçün müştəri ilə əlaqə saxlanılır və çatdırılma müddəti sifarişin növünə və yerləşdiyiniz bölgəyə görə müəyyən edilir. Çatdırılma şəhərdaxili 1-3 iş günü, rayonlara 3-5 iş günü ərzində həyata keçirilir. Çatdırılma haqqı sifarişin məbləğindən asılı olaraq dəyişə bilər. Çatdırılma zamanı hər hansı gecikmə və ya dəyişiklik barədə istifadəçi əvvəlcədən məlumatlandırılır.

Ödəniş Qaydaları

Ödənişlər nağd, kartla və ya bank köçürməsi vasitəsilə edilə bilər. Ödənişlərin tamamlanmasından sonra təsdiq mesajı və ya elektron poçt vasitəsilə müvafiq bildiriş göndərilir. Ödənişlərlə bağlı hər hansı sual və ya problem yaranarsa, müştəri xidməti ilə əlaqə saxlanılması tələb olunur. Ödəniş tam təsdiqləndikdən sonra sifariş çatdirilmaya hazırlanır.

Zəmanət və Geri Qaytarma

Satılan batareyalar orijinal və sertifikatlıdır. Mehsullarimiza 1 il zəmanət veririk. Qüsurlu və ya standartlara cavab verməyən məhsullar araşdırılmaya göndərilir ve 14 gün ərzində musteriye melumat verilir. İstifadə edilmiş batareyalar geri QAYTARILMIR.

Müştəri Dəstəyi və Əlaqə

İstənilən sual, şikayət və ya məlumat üçün saytın əlaqə bölməsi vasitəsilə müştəri xidmətləri ilə əlaqə saxlaya bilərsiniz. Müştəri məmnuniyyəti bizim üçün ən yüksək prioritetdir və sizə ən qısa zamanda cavab verilməyə çalışılır. Bizimlə əlaqə saxlamaq üçün e-mail və ya telefon nömrəmiz vasitəsilə müraciət edə bilərsiniz.

Hüquqi Məsuliyyət

Saytdan istifadə edərək, istifadəçi bu qaydaların tamamilə qəbul edildiyini təsdiq edir. Qaydaların pozulması hallarında, müvafiq hüquqi tədbirlər görülə bilər. Qaydalar vaxt keçdikcə yenilənə və dəyişdirilə bilər; istifadəçilər bu barədə əvvəlcədən məlumatlandırılacaqlar. Qaydalarla bağlı sualınız olduqda bizimlə əlaqə saxlayın!